Dəb marketinqi

Dəb biznesi anlayışı nədir?

170 izlənmə

Paylaş

 

0

Anar Fətəliyev

Marketinq

Paylaşılma tarixi

22 iyul 2016 09:24

Dəb biznes anlayışı buna həm də fasion biznes deyirik, bu industriya özündə 70 milyondan çox işçini və 1.5 trilyon dollar dəyərində satışları birləşdirən bir industriyadır. Dünyanın ən böyük biznes industriyalarından biri sayılır. Bəzən buna bir yaradıcılıq sənəti kimi baxırlar. Bunun səbəbi odur ki, bu günün özündə belə bəzi biznes anlayışlarında şəxslərin markalaşması olmamasına baxmayaraq ən sadə şəkildə demiş olsaq dərzilərin bir müddət sonra markalaşa bilib böyük bir fashion industriyanın markasına çevrilməsi halları olduğuna görə buna həm də yaradıcı bir biznes kimi baxırlar. Fashion industriya dünyada ən çətin industriyalardan biri sayılır. Səbəb odur ki, burada məhsul yenilənməsi çox sürətli şəkildə təşkil olunur. Elementar müqayisə etmiş olsaq avtomobil sektorunda bir məhsulun yenilənməsi 3 il, maksimum 5 il 6 il müddətində olursa, mobil avadanlıqların yenilənməsi 1-2 il müddətində olursa fashion sektorda bu yenilənmə il ərzində minimum 2 dəfə olur. Yaz yay və payız qış mövsümlərində olur. Hər yeni məhsul bazara təqdim olunarkən növbəti illərin məhsulları üçün işləmələr başlayır deyə bu biznes sektoru dünyanın ən çətin və ən dinamik biznes sektorlarından biri hesab olunur. Fashion industriyanın digər biznes sektorlarına da təsiri çox böyükdür. Çünki hər il yeni rəng çalarlarına diktə edən bir industriya olduğuna görə bu da digər biznes sektorlarına siraət edir. İstər mobil avadanlıqlar istər mebel sənayesi olsun bu sənayelərdə də yeni dəb tendensiyaları, yeni zövqlərin formalaşmasına təsir edir ki, istehlakçılar da artıq o zövqlərin formalaşması nəticəsində məhsul alarkən öz qərarlarını dəyişmiş olurlar. Biz bu gün fikir versək 10 il bundan əvvəlki dəb tendensiyasını bü günlə müqayisə etdikdə arasında çox böyük bir fərq yaranməş olur. Bunun ən böyük səbəbi ondan ibarətdir ki, dəb tendensiyası, fashion industriya özünün davamlı fəaliyyət göstərməsi üçün hər zaman yenilənməlidir. Çünki biz yeni məhsulumuzu müştərilərə satan zaman onların keçən il aldığı artıq dəbdən düşmüşdür. Bu industriya bunun üzərində qurulub. Buna görə də dəb tendensiyaları tez – tez dəyişir və tez dəyişməsinin səbəbi də hər dəfə bazara çıxarılan yeni məhsulun reallaşa bilməsi üçündür. Məsələn yeni bir telefon çıxarkən onun üzərinə əlavə xüsusiyyətlər gəlmiş olur. Lakin dəb marketinqi belə deyil. Demək olar ki, kiçik dəyişiklikləri çıxmaq şərti ilə hər-hansı texnoloji yeniliklər baş vermir. Buna görə də bu industriyada yeni çıxan məhsulların yenidən insanlarda təlabatı formalaşdırmaq üçün mütləq şəkildə tendensiyaların, trendlərin dəyişməsi vacibdir. Məhz bu səbəbdən dünyada trendlər dəyişmiş olur. Və bunun sayəsində keçən il aldıqlarının bu il dəbdə olmamasını alıcılara izah etmək üçün bunun sayəsində də fashion industriya ayaqda qalır və bu dövriyyə hər zaman öz stabilliyini saxlamış olur. 

Etiketlər :