Dünya tarixinin 10 ən böyük fəlakətləri

Tarixin 10 ən böyük zəlzələ fəlakəti

162 izlənmə

Paylaş

 

0

EkspertTV

Ümumi

Paylaşılma tarixi

19 avgust 2016 14:25

10. 1950-ci ildə Tibetin qərbindəki Assam bölgəsində baş verən 8.6 bal gücündəki zəlzələ nəticəsində güclü torpaq sürüşməsi baş vermiş və xeyli sayda bina yerlə yeksan olmuşdur. Çin, Tibet və Hindistanda yerləşən bir çox şəhər və qəsəbənin dağıntıya məruz qaldığı fəlakət nəticəsində 780 nəfərin həyatını itirdiyi qeyd edilsə də, ölənlərin tam sayı hesablanmamışdır.  

9. İndoneziyanın Sumatra adasında 2005-ci ildə 8.6 bal gücündə zəlzələ baş vermişdir. Mərkəzi Sumatra olan və yerin 30 km dərinliyində baş verən təbii fəlakət nəticəsində 1313 nəfər həyatını itirdi, 400-dən artıq insan isə zəlzələnin ardınca yaranan tsunami nəticəsində xəsarət almışdır.

8. ABŞ-ın Alaska əyalətinə bağlı Rat adalarında 1965-ci ildə 8.7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində ərazidə hündürlüyü 10 metrə çatan tsunami yaranmış və o dövrün pulu ilə 10000 dollaqlıq maddi zərər ortaya çıxmışdır. Hərhansı ölüm, yaxud yaralanma faktı qeydə alınmamışdır.

7. 1906-cı ildə Cənubi Amerikada yerləşən Ekvadorda 8.8 bal gücündə şiddətli zəlzələ baş vermişdir. Ekvador və ona yaxın Kolumbiyada 500-1500 arası insan həlak olmuş, yüzlərlə insan yaralanmışdır. Zəlzələ nəticəsində yaranmış tsunami o qədər güclü olmuşdur ki, ABŞ-ın qərbi, Havay adaları, hətta Yaponiyaya qədər gedib çıxmışdır. Tsunami təxminən 12 saat ərzində Sakit okean əks sahilinə gedib çıxmışdır.

6. 2010-cu ildə Çilidə yerin 35 km dərinliyində baş vermiş 8.8 bal gücündəki zəlzələ və həmin zəlzələ nəticəsində yaranmış güclü tsunaminin təsiri ilə ən az 521 nəfər ölmüş, 12000-dən artıq insan isə yaralanmışdır. 800000 insanı evlərindən didərgin salan bu zəlzələ Çilidə 1.8 milyon insana təsir etmiş, ölkəyə 30 milyon dollardan artıq zərər vurmuşdur.

5. 1952-ci ildə Rusiyanın Kamçatka yarımadasında 9.0 bal gücündə zəlzələ baş vermişdir. Havay adalarında da hündürlüyü 9 metrə çatan böyük tsunamiyə səbəb olan zəlzələ nəticəsində bir milyon dollarlıq zərərə yol açmışdır. Bu təbii fəlakət nəticəsində sadəcə 6 inəyin itkin düşdüyü qeyd edilmişdir.

4. 2011-ci ildə Yaponiyanın Sendai bölgəsində 9.0 bal gücündə zəlzələ baş vermişdir. İlk öncə zəlzələ, ardınca ortaya çıxan tsunami 10000-dən artın insanın həyatını itirməsinə, iqtisadiyyatın böyük zərbəyə məruz qalmasına səbəb olmuşdur. Fəlakət nəticəsində bölgədəki nüvə reaktorlar zərər görmüş, ölkədə enerji problemləri və mümkün radiasiya təhlükəsi yaranmışdır.

3. 2004-cü ildə İndoneziyada tarixin ən böyük qeydə alınmış 3-cü zəlzələsi baş vermişdir. Sumatra adasının 30 km dərinliyində yaranan zəlzələ ocağı 9.1 bal gücündə ölçülmüşdür. Zəlzələnin ardınca Atlantik, Hind və Sakit okeanını keçərək dünyanın böyük bir hissəsinə təsir edən tsunamilər yaranmışdır. Şimali Asiya və Şərqi Afrikada ümumilikdə 14 ölkədən 1.7 milyon insanın evlərini itirdikləri fəlakət nəticəsində 230000 nəfər ölmüşdür.

2. ABŞ-ın Alyaska ştatında 1964-cü ildə 9.2 bal gücündə baş vermiş zəlzələ bu vaxta qədər ölçülmüş ən böyük ikinci zəlzələdir. 3 dəqiqə davam edən fəlakət zamanı Alyaskadan başqa Kanada da təsirlənmiş, sarsıntının ardınca yaranan tsunami 128 nəfərin həyatını itirməyinə səbəb olmuşdur. 311 milyon dollarlıq zərərə yol açan belə güclü zəlzələdə ölənlərin sayının ehtimal olunandan az olması möcüzə olaraq qiymətləndirilmişdir.

1. Dünya tarixinin ən böyük zəlzələsi 1960-cı ildə Çilidə baş vermiş zəlzələdir. Rekord göstəricinin qeydə alındığı zəlzələnin gücü 9.5 bal olmuşdur. Fəlakət nəticəsində Çiliyə 500 milyon dollarlıq zərər dəymiş, dağıntı 1655 nəfərin həyatına son qoymuşdur. Zəlzələnin şiddəti o qədər çox idi ki, 1000 km radiusda hiss edilmişdir. Ardınca yaranan tsunami Havay adaları, Yaponiya və Flippinlərə qədər gedib çatmış, bundan başqa Puyehue vulkanını hərəkətə keçirmiş və adıçəkilən vulkan həftələrlə aktiv qalmışdır.  

Etiketlər :