Diş əti çəkilməsi

Diş əti çəkilməsi nədir?

119 izlənmə

Paylaş

 

1

Elşən Əliyev

Stomatologiya

Paylaşılma tarixi

01 sentyabr 2016 10:00

Diş əti çəkilməsi dedikdə ağız boşluğunda diş əti xəstəliklərinin simptomatik olaraq görünən nəticəsi kimi nəzərdə tutulur. Yəni ağız boşluğunda paradontal xəstəliklər zamanı, diş ətinin iltihabi xəstəlikləri zamanı müşahidə olunur. Diş ətləri dişlərin boyun nahiyəsini sıx əhatə etmişdir və bakterial təbəqənin əmələ gəlməsindən sonra, ağız boşluğunda iltihabi xəstəliklər əmələ gəldikdən sonra restruktiv regenerativ dəyişikliklər baş verməyə başlayır. Əgər vaxtında müdaxilə olunmazsa həmin nahiyədə yığılan bakteriyaların qalıqlarının təsiri nəticəsində diş ətlərində çəkilmə meydana gəlməyə başlayır. Bu zaman dişlərin boyun nahiyəsi çöldə qalır və xəstələrə elə gəlir ki, sanki dişlər uzanıb və eyni zamanda həssaslıq artmış olur. Hər-hansı istiyə, soyuğa xəstə sərt şəkildə reaksiya verir. 

Etiketlər :