Dişlərə və ağız boşluğuna qulluq

Dişlərə və ağız boşluğuna qulluq nədir?

133 izlənmə

Paylaş

 

0

Elşən Əliyev

Stomatologiya

Paylaşılma tarixi

02 sentyabr 2016 17:12

Bildiyimiz kimi ağız boşluğu orqanizmin giriş qapısıdır. Ağız boşluğunun gigiyenik təmiz olması eyni zamanda orqanizmin müəyyən patologiyalardan uzaq olması deməkdir. Bildiyimiz kimi qida ilkin olaraq ağız boşluğundan keçərək mədəyə düşür. Əgər ağız boşluğuna doğru düzgün qulluq olunmazsa gələcəkdə bu tip insanlarda mədə problemləri, mədədə hər hansı bir xəstəliklər yaranması ehtimalı da artmış olur. Ağız boşluğuna qulluq dedikdə qida qəbulundan sonra ağzın yaxalanması, səhər və axşam dişlərin fırçalanması, ağız boşluğunun müəyən antiseptik məhlullarla yaxalanması nəzərdə tutulur.

Etiketlər :