Tarixi günlər

Azərbaycanda Dövlət Müstəqilliyi gününün əhəmiyyəti nədir?

89 izlənmə

Paylaş

 

1

EkspertTV

Ümumi

Paylaşılma tarixi

18 oktyabr 2016 14:32

Azərbaycanda Dövlətin Müstəqilliyi günü  Oktyabr ayının 18-də qeyd edilir. 70 il Sovet İttifaqının əsarəti altında qalan azərbaycan xalqı XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardıqdan sonra,  nəhayət ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitutsiya Aktı qəbul etmişdir.

Həmin vaxt aktın lehinə Ali Sovetin deputatlarının əksəriyyəti səs verərək,onun səs çoxluğu ilə qəbul edlməsinə nail olublar. Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarət idi. Konstitutsiya Aktında qeyd olunurdu ki, Azәrbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddәalarına zidd gәlmәyәn yerlәrindә qüvvәdә qalır və Müstəqil Azərbaycanın yeni konstitutsiyası onun əsassında hazırlanacaqdır. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Etiketlər :