Öd kisəsi daşı əməliyyatı

Öd kisəsi daşı nədir və nə kimi fəsadlar əmələ gətirir?

138 izlənmə

Paylaş

 

4

Ramil Nadirov

Ümumi cərrahiyyə

Paylaşılma tarixi

20 oktyabr 2016 14:54

Öd kisəsi daşı dedikdə öd kisəsində öd qradientlərinin qarşılıqlı münasibətləri pozulduğu zaman əmələ gələn daşlar başa düşülür. Öd daşları əsasən xolesterin mənşəli, miks daşlarvə öd piqmentləri daşları qrupuna bölünür. Öd daşları olan öd kisəsində çoxlu sayda bakterialar müşahidə olunur ki, həmin daşlar iltihablaşmaya səbəb olur və öd kisəsində kəskin pristuplar şəklində ağrılar verir. Öd kisəsi daşlarının əsas fəsadları odan ibarətdir ki, öd kisəsində yaranmış daşlar öd kisəsinin iltihablaşmasına və bağırsaqlara qovulmuş ödün gələcəkdə həzm pozulmasına səbəb olur. Həzm pozuntusu dedikdə nə kimi əlamətlər nəzərdə tutulur? Bakteriyalarla zəngin olan öd qovularaq bağırsaqlara düşdükdə həmin bakteriyalar qidalı mühitdə artıb çoxalaraq həzm pozulmasına gətirib çıxarır. Bu əsasən köp, ağızda acı dad, qəbzlik və ya ishal kimi əlamətlərlə özünü göstərə bilər. Buna səbəb həmin bakteriyaların qarışaraq bağırsaq florasını pozması və hasil etdikləri yarımparçalanma məhsulları yəni qidalı maddələrin yarımparçalama məhsullarının təsirləri nəticəsində bağırsaq sinir uclarının qıcıqlanması nəticəsində ya qəbzlik formasında ya da ishal formasında müşahidə olunur. Öd kisəsində daşlar yarandığı zaman bəzi daşlar lal daşlar olaraq heçbir əlamət göstərmir və təsadüfü ultrasəs müayinəsi nəticəsində aşkarlanır. Bəzən isə öd kisəsində olan daşlar öd kisəsinin boynu dediyimiz nahiyəsinə ilişərək kəskin xolesistit əmələ gətirir. Xolesistit öd kisəsinin iltihabı deməkdir və həmin daşın öd axarını tutması nəticəsində yaranmış durğunluq sayəsində kəskin iltihabi proses baş verir. Kəskin xolesistitdən başqa öd kisəsi daşları daim öd kisəsi divarını qıcıqlandırdığı üçün öd kisəsi divarının bədxassəli törəmələrinə gətirib çıxara bilər. Bundan başqa kəskin xolesistit nəticəsində öd kisəsinin partlayaraq qarın boşluğuna irinli ödün axması sayəsində kəskin perutanit müşahidə oluna bilər. Bu durumlar xəstələrdə kəskin, təcili əməliyyat olunmaq ehtiyacı yaradır.

Etiketlər :