Qarın yırtığı

Qarın yırtığı nədir və əmələ gəlmə səbəbləri nələrdir?

146 izlənmə

Paylaş

 

0

Ramil Nadirov

Ümumi cərrahiyyə

Paylaşılma tarixi

25 noyabr 2016 12:58

Qarın yırtığı dedikdə qarındaxili orqanların periton qişası ilə birlikdə qarın boşluğundan xaricə çıxması nəzərdə tutulur. Yırtıqların əmələ gəlməsi səbəbləri dedikdə qarın boşluğunun divarlarında anadangəlmə zəif nöqtələr vardır. Həmin zəif nöqtələr kişilərdə daha çoxdur. Qasıq kanalı, göbək həlqəsi yırtıqlara daha çox rast gəlinən nahiyyələrdir. Əmələ gəlmə səbəbləri dedikdə yırtıqlar birinci bölünür anadangəlmə yıtqılar və qazanılmış yırtıqlar. Anadangəlmə yırtıqlar həmin dediyim zəif nahiyyələrdən qarındaxili orqanların peritonla birlikdə bayıra çıxmasıdır. Qazanılmış yırtıqlar özləri bir neçə qrupa bölünür. Bunlar əsasən travmalardan sonra rast gəlinən yırtıqlar, bundan başqa keçirilmiş olan açıq və yaxud qapalı cərrahiyyə əməliyyatlarından sonra əməliyyat yerində müşahidə olunan yırtıqlar. Həmçinin resitiv yırtıqlar yırtıqlar qrupuna bölünür. Bugünki gündə yırtıq cərrahiyyəsinin inkişaf edərək daha müasirləşməsinə baxmayaraq yırtıq cərrahiyyəsində resitiv yırtıqların müşahidə olunması bu problemin daha aktual olmasına gətirib çıxarır ki, hələ də demək araşdırmalar davam etməlidir. Yırtıqlarda bugünki gün istifadə olunan materiallar orqanik və sintetik olur. Həmin materiallar vasitəsilə qarın divarı tikildikdən sonra möhkəmləndirmə icra edirik ki, yırtığın yenidən əmələgəlmə ehtimalını azaltmış olaq. Bu materiallar özləri orqanik və sintetik olurlar. Orqanik materiallar bir müddətdən sonra sovrulur və orqanizmdə heç bir yan təsirləri olmur. Sintetik materialların da özlərinəməxsus yüksək xarakterləri vardır. Bu materiallar orqanizmə heç bir zərərli təsirlər etmir və orqanizm tərəfindən qəbul edilərək, kapsullaşdırılaraq təsirsiz vəziyyətdə orqanizmdə saxlanılır.

Etiketlər :