Piylənmə

Piylənmə nədir və piylənmənin hansı formaları var?

4 izlənmə

Paylaş

 

0

Emil Hidayətli

Dietologiya

Paylaşılma tarixi

26 yanvar 2017 09:37

Piylənmə insan orqanizminin məhz piy toxunmasının hesabına çəkisinin artması ilə müşahidə olunan bir xəstəlikdir. Bu zaman piy toxuması nəinki dərialtı piy qatında artıq eləcə də bütün digər daxili orqanların da həcmini artıra bilir. Piylənmə xəstəliyinin ağırlıq dərəcəsinə görə 3 klasifikasiyası var. Bu klasifikasiyaları ümumdünya səhiyyə təşkilatı vermişdir. Bu klasifikasiyaların əsasında insanın bədən çəki indeksi durur. Yəni hər bir insanın kilosunun boyunun kvadratına olan nisbətindən gələn göstəricidir. Məhz bu göstəriciyə əsasən piylənmənin ağırlıq dərəcəsinə görə 3 növü var. Bunlar birinci, ikinci və üçüncü dərəcəli piylənmələrdir. 3-cü dərəcəli dediyimiz piylənmə bədən çəki indeksi 40-dan yuxarı olan xəstələrdə müşahidə olunur ki, buna ölümcül piylənmə də deyilir. Piylənmənin yaranma səbəblərinə gəldikdə isə yaranmasına görə müxtəlif orqanların bu prosesə qoşulmasını nəzərə alaraq biz 3 tip piylənməni ayırd edəcəyik. Buna endokrinoloji piylənmə, hipotalamik piylənmə və alimentar piylənmə aid edilir. Bugünki gündə piylənmə xəstəlik olaraq çox ciddi xəstəlik olaraq qəbul olunmalıdır. Çünki tarixdə heçbir xəstəlik piylənmə qədər geniş yayılmamışdır. Ümumdünya səhiyyə təşkilatının 2015-ci ilin nəticələrinə əsasən verdiyi statistikaya istinadən yer kürəsinin 2.1 milyard əhalisi artıq çəkidən və piylənmədən əziyyət çəkir. Bütün dünya tibb təşkilatlarının səylərinə baxmayaraq 2025-ci ilə olan proqnoz daha da acınacaqlıdır. Artıq 2025-ci ildə yer kürəsinin yarısı, yəni hər iki insandan biri artıq çəkidən və piylənmədən əziyyət çəkəcək. Bu statistika bir daha onu göstərir ki, piylənmə ciddi xəstəlikdir və onunla ciddi şəkildə mübarizə aparmaq lazımdır. 

Etiketlər :