Endokrinologiya

Endokrinologiya nədir?

1 izlənmə

Paylaş

 

2

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

16 mart 2017 09:48

Endokrinologiya, daxili sekresiya vəzilərinin xəstəlikləri ilə məşğul olan bir elmdir. Endokrinologiya daxili xəstəliklərin üst bölməsidir. Orqanizmdə hormon istehsal edən orqanlar vardır. Endokrin sistemin mərkəzi üzvü sayılan hipofiz vəzi 3 böyük, major endokrin vəzimizi kontrol edər. Bunlar, qalxanvari vəz, böyrəküstü vəz və cinsiyyət vəzilərimizdir. Bundan başqa yayılmış qeyri klassik endokrin orqanlar da vardır. Biz hormonal xəstəliklərlə məşğuluq. Hormonal sistem bir biri ilə çox əlaqəli şəkildə fəaliyyət göstərir. Hormonal sistemin dirijoru hipofiz vəzidir. Hipofiz vəzi beynin mərkəzində, göz yuvası və burun boşluğunun arxasında, beynin içərisində yerləşən bir orqanımızdır. İstehsal etdiyi hormonlarla endokrin sistemi kontrol edər. İkinci major endokrin orqanımız qalxanvari vəzdir. Bu boynun önündə və aşağıda yerləşir. Qalxanvari vəzin istehsal etdiyi hormonlar orqanizm üçün çox önəmlidir. Həyatı önəmi vardır bu hormonların. Təbii ki, bunun artması və azalması müxtəlif xəstəliklərə səbəb olmaqdadır. Üçüncü major orqanımız böyrəküstü vəzilərdir. Böyrəküstü vəzilər hər iki böyrəyin arxasında yerləşir və kortizol, aldesteron, cinsi hormonların istehsalı ilə məşğul olan çox vacib endokrin orqandır. Bundan başqa yayılmış endokrin sistem dediyimiz qeyri klassik endokrin orqanlar var. Bunların ən başında mədəaltı vəzidir. Mədəaltı vəz qlükoza metabolizması ilə əlaqədar bir vacib orqanımızdır. Mədəaltı vəzidə insulin metabolizması, qlükoza metabolizması ilə əlaqədar olan xəstəliklər şəkərli diabetdir. Daha sonra dümüklər metabolik xəstəlik olaraq həm osteoporoz olmaqla endokrin sistemin əsas, vacib və dinamik bir orqanıdır. Daha sonra ürəkdə, böyrəkdə, damarlarımızda, mədə-bağırsaq sistemində beyində daha bir epifiz var, əzgiləbənzər cisim, əzgiləbənzər vəzi, bunun yaratdığı hormona bağlı da müxtəlif xəstəliklər vardır. Yəni endokrin sistem çox mürəkkəbdir, çox əlaqəlidir. Bunlar bir biri ilə çox əlaqəlidir. Aşağıdan gələn hormonların üst mərkəzə verdiyi siqnallar, həmçinin üst hipofiz vəzidən, hipotalamik mərkəzdən gələn hormonlarla alt mərkəzlərə gələn siqnal vasitəsi ilə orqanizm rabitəli şəkildə fəaliyyət göstərir və sistem, hemodinamika, qan təzyiqimiz qaydasında olur. Bundan başqa cinsiyyət sisteminə aid olan orqanlarımız var, qadınlarda yumurtalıqlar və kişilərdə xayalar. Bunların istehsal etdiyi hormonlar isə bizim reproduktiv sistemimizi, cinsi sferanı və s. kontrolda saxlayır. Endokrinologiya, daxili xəstəliklərin üst bölməsi olmaqla 10-a yaxın alt qrupu və bölmələri var. Hipofiz vəzi xəstəlikləri, şəkərli diabet, qalxanvari vəzin xəstəlikləri ilə yanaşı qalxanabənzərətraf vəzilərin xəstəlikləri, bu tamamilə kalsium metabolizması ilə əlaqədar olan bir hormonumuzdur, sümük metabolik xəstəliklər, piylənmə xəstəlikləri, lipid metabolizmasına aid xəstəliklər endokrinologiyanın predmetlərindən biridir. Bu xəstəliklə məşğul olan elm sahəsi endokrinologiya adlandırıldığı kimi bu xəstəlikləri tədqiq eedən, öyrənən həkimlərə isə endokrinoloqlar deyilir

Etiketlər :