Qalxanabənzər vəzi əməliyyati

Qalxanabənzər vəzi nədir?

6 izlənmə

Paylaş

 

0

Ramil Nadirov

Ümumi cərrahiyyə

Paylaşılma tarixi

17 mart 2017 10:05

Qalxanabənzər vəz, boynun ön səthində traxeyanın öznündə yerləşən qalxanvari, kəpənəkvari bir endokrin orqandır. Qalxanvari vəzin funksiyası orqanizmdə hasil etdiyi hormonlar sayəsində bütün maddələr mübadiləsinə nəzarət etməkdən ibarətdir. Qalxanvari vəzidə hasil olunan tiroksin hormonu bütün maddələr mübadiləsinə demək olar ki, nəzarət edir. Əgər tiroksin hormonunun  yüksəkliyi və ya əksikliyi müşahidə olunarsa buna bağlı patologiyalarla orqanizmdə rastlaşmış oluruq. Qalxanabənzər vəzin funksiyalarının yüksəkliyi, hipertiroidizm kimi tanımlanır. Bu zaman qalxanabənzər vəzin funksional olaraq aktivliyi müşahidə olunur. Hasil etdiyi hormonların qanda miqdrı artmış olur. Bu vaxtı ürəkdöyünmə, yuxu pozulmaları, təngənəfəslik, təzyiqin yüksək olması, tərləmə, arıqlama, gözlərin bayıra doğru qabarması və boyunda şişkinliklə şəklində müşahidə oluna bilər. Bundan başqa hipertiroidizm kimi tanımlanan qalxanabənzər vəzin funksional olaraq çatışmazlığı müşahidə olunur. Bu zaman isə orqanizmdə pastozluq, yuxululuq, hər şeyə küskünlük kimi əlamətlər müşahidə olunur. Həmçinin ürək döyüntüləri azalır. Tənəffüs sayları azalmış olur, təzyiq düşmüş olur. Bundan başqa orqanizmin əsasən aşağı ətrafında şişlər müşahidə olunur. Saç tökülməsi, dırnaqların kövrəkləşməsi və qırılması halları müşahidə olunur. Qəbizlik və ishal kimi mədə bağırsaq pozulmaları da müşahidə olunur. Qalxanabənzər vəzin patologiyaları ilə yanaşı həmçinin orqanik patologiyalar da vardır. Bu hallar qalxanabənzər vəzin funksional patologiyaları zamanı müşahidə olunur.

Etiketlər :