Qalxanabənzər vəzi və zob xəstəliyi

Qalxanabənzər vəzinin funksiyası nədir?

13 izlənmə

Paylaş

 

0

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

27 mart 2017 15:18

Qalxanabənzər vəzi boynumuzun önündə 20-25 qram ağırlığı olan kiçik, amma orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Bu vəz bədən üçün çox əhəmiyyətli, çox vacib hormonlar istehsal edir. Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar bizim maddələr mübadiləsini bir qaydada saxlayır, bütün inkişaf, hemodinamika, mübadilə prosesləri üçün bu çox vacibdir. Qalxanabənzər vəzi, sanki, oyuncaqların enerji qaynaqları olan batareyalar olduğu kimi bizim enerji depomuz və çox əhəmiyyətli bir orqanımızdır.Hazırladığı hormonlarla orqanizmin bütün maddələr mübadiləsi idarə olunur. Qalxanabənzər vəzin hormonları artması və azalması müxtəlif xəstəliklərə səbəb olmaqdadır.

Etiketlər :