Kusinq (Cushing) sindromu

Kuşinq sindromu nədir?

8 izlənmə

Paylaş

 

2

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

28 mart 2017 10:04

Kuşinq (Cushing) sindromu orqanizmdə kortizol hormonunun artıqlığı ilə gedən bir xəstəlikdir. Səbəbi və mənbəyi nə olursa olsun kortizol hormonun yüksəlməsi Kuşinq sindromuna yol açar. Bu əslində nadir bir xəstəlikdir. Avropa və Amerika Birləşmiş Ştatlarınd aparılan statistikaya görə hər milyon nəfər əhaliyə 4-5 nəfər xəstə düşür. Daha çox qadınlar arasında olması bilinməkdədir. 5-8 dəfə kişələrə nisbətən qadınlarda daha çox rast gəlinir. Kuşinq sindromunun iki əsas forması var: ekzogen və endogen Kuşinq sindromları.Ekzogen, yəni kənardan alınan steroid qəbuluna bağlıdır.Steroidlər əslində orqanizmdə olan kortizol hormonunun sintetik analoqudur. Müxtəlif sistem xəstəliklərində,məsələn, revmatizma, müxtəlif  dəri xəstəliklərində qəbul olunan dərman maddəsi xəstəliyə faydalı olsa da zamanla xəstədə Kuşinq sindromunun əlamətlərini və mənzərəsini yarada bilər. Biz bunu təbii ki, dərman dozalarını ayarlamaqla kontrol edirik.Xəstəliyə faydalı olduğu üçün tibbdə bir fayda və zərər nisbəti vardır. Bunu nəzarət altında saxlamaqla kontrollu bir Kuşinqi də qəbul etmək məcburiyyətində qala bilərik. Kuşinq sindromunun həkimlər üçün ən əhəmiyyətli növü endogen Kuşinqdir. Yəni orqanizm daxilində kortizol hormonu istehsal edən bir mənbə var. Bu mənbənin adına görə də bunun adı dəyişir. Əgər böyrəküstü vəzidə kortizol hormonu istehsal edən bir törəmə, adenom varsa, bu bəzən xərçəng də ola bilər, bu böyrəküstü vəz mənşəli Kuşinq sindromu sayılır. Əgər hipofiz vəzidən qaynaqlanan ACTH hormonunun artmağına bağlı böyrəküstü vəzidə kortizol istehsalının artması ilə əlaqədar bir mənzərə yaranırsa buna hipofizar mənşəli Kuşinq sindromu və ya  Kuşinq xəstəliyi də deyirik. Bəzən də olmağı lazım olmayan yerlərdə, məsələn, ağciyərdə ACTH hormonu istehsal edən bir törəmə olur ki, bunlar əslində xərçəngdir, bu zaman xəstədə Kuşinq sindromu yaranır ki, buna da ektopik Kuşinq deyirik. Daha çox hipofiz mənşəli Kuşinq xəstəliyi məlumdur. Bu sindrom amerikalı alim, Harvard Universitetinin beyin cərrahı  Harvey Wilyams Kuşinqin şərəfinə verilmişdir. 1932-ci ildə bu xəstəliyi tərif verən Harvey Wilyams heç vaxt Kuşinqli xəstəni əməliyyatı etməsə də bu xəstəlik onun adı ilə bağlıdır və elmə verdiyi töhvələrə görə neyrocərrahiyyənin banilərindən biri sayılmaqdadır. 

Etiketlər :