Hepatit B dasiyicisi

Hepatit B daşıyıcısı nədir?

14 izlənmə

Paylaş

 

3

Aqil Ağakişiyev

Qastroenterologiya/Hepatologiya

Paylaşılma tarixi

28 mart 2017 14:44

Hepatit B virusu orqanizmə yoluxduqdan sonra uzun müddət qaldıqdan sonra xronikləşər, bu müddət ərzində hepatit b virusu xronikiləşərək orqanizmdə, qaraciyərdə qalar. Və virusun titrindən asılı olmayaraq, virusun orqanizmdəki sayından, miqdarından asılı olmayaraq virus bədəndə varsa, bu pzr analizi ilə özünü göstərir. Virusun əkilmə analizi dediyimiz pzr analizində virusun titrini görə bilirik ki, bu virusun titri orqanizmdə müəyyən qədər varsa sayından asılı olmayaraq şəxs artıq xəstə hesab olunur. Və bu şəxsdə normal olaraq etalon rəqəm iki min olaraq götürülür ki, iki mindən aşağıdırsa virusun miqdarının az olduğunu deyirik, iki mindən yuxarıdırsa virusun miqdarının çox olduğunu deyirik. Və virusun miqdarının neçə olmasından asılı olmayaraq bu şəxs xəstədir. Virusun miqdarı azdırsa bu o deməkdir ki, bu virusun miqdarı orqanizmə zərər verməyəcək miqdardadır. Qaraciyər sirrozu və ya qaraciyər xərçəngi eləmiyəcək bir miqdardadır. Və bunun üzərinə hepatit b ilə bərabər xəstədə hepatit d yoxdursa və qaraciyərinə uzi və qan analizləri olaraq qaraciyərinə zərər vurma görmürüksə, yəni, qaraciyərində sirroz və ya qaraciyər xərçəngi kimi bir ağırlaşma görmürüksə bu zaman xəstəyə daşıyıcı hepatit b deyirik. Virusun miqdarının az olması, hepatit d-nin olmaması və qaraciyərində zərər vurması olmadığını düşündüyümüz xəstələr daşıyıcı hepatit b xəstələridir. 

Etiketlər :