Hepatit B virusu

Hepatit B virusu nədir və əlamətləri nələrdir?

16 izlənmə

Paylaş

 

4

Aqil Ağakişiyev

Qastroenterologiya/Hepatologiya

Paylaşılma tarixi

29 mart 2017 09:36

Hepatit B bir qaraciyər virusudur. İlkin olaraq qaraciyəri hədəf alan bir virusdur və qaraciyərə yoluxduqdan sonra qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər aparıb çıxara bilən bir virusdur. Bütün ölüm səbəbləri arasında 9-cu yeri tutar. Hepatit B qaraciyərə qan yolu ilə yoluxduqdan sonra müxtəlif kliniki əlamətlərlə özünü göstərər. Kəskin, xroniki və ya ağırlaşmış formada olmasından asılı olaraq əlamətlər müxtəlif ola bilər. İlkin olaraq virus qaraciyərə yoluxduqdan sonra ilk 3 – 6 ay ərzində özünü kəskin şəkildə göstərər. Hansı ki, dəri və görünən selikli qişada rəngin saralması, ürək bulnma, qusma, halsızlıq, temperatur, nəcisin rənginin axoliq rəngsiz olması, sidiyin rənginin tünd olması, qırmızı kərpici rəngdə olması kimi şikayətlərlə xəstə gələ bilər. Və sağ qabırğa altında ağrılarla özünü şiddətli şəkildə göstərər. Xroniki formada gəldikdə isə virusa yoluxduqdan 6 ay müddətindən sonrakı mərhələ xroniki hepatit b olaraq adlanır. Xroniki hepatit b-də xəstə heç bir şikayət əlaməti verməz. Uzun müddət gedən xroniki hepatit b-lərdə hansı ki, qaraciyərdə artıq fibrozis dediyimiz daşlaşma başladıqda müəyyən bir, çox zəif kliniki şikayətlər verər ki, bunlar yüngül, bütün xəstəliklərin ümumi simptomu olan əzələ oynaq ağrısı, halsızlıq, yorğunluq, iştahsızlıq kimi şikayətlərlə özünü göstərir. Və daha irəliyə, qaraciyər ciddi zərər gördükdə, qaraciyər sirrozuna doğru getdikdən sonra isə qaraciyər sirrozu və ya qaraciyər xərçənginə doğru getdikdə qaraciyər xərçənginin əlamət və şikayətlərindən xəstə müraciət edər. 

Etiketlər :