Hepatit C virusu

Hepatit C virusu nədir və yoluxma səbəbləri nələrdir?

17 izlənmə

Paylaş

 

3

Aqil Ağakişiyev

Qastroenterologiya/Hepatologiya

Paylaşılma tarixi

29 mart 2017 15:34

Hepatit C virus infeksiyasıdır. İlkin olaraq qaraciyəri hədəf alan bir virus infeksiyasıdır. Orqanizmə yoluxduqdan sonra qaraciyər serrozu, qaraciyər xərçəngi yaradan bir virusdur. Ən əsas yoluxma yolu qan yolu ilə yoluxar. Bu şəxslərdə yüzdə 95-97 faiz hallarda qan yolu ilə yoluxur. Digər yoluxma üsulları az da olsa vardır. Hansı ki, ana bətnindən uşağa yoluxma və ya ailədaxili yoluxma yolları. Qan yolu ilə yoluxma yollarında daha çox günümüzdə gördüyümüz yoluxma yolları hemodializ xəstələri, hemofiliyalı xəstələrdir ki, qan təmasına daha çox məruz qalırlar. Heroin istifadə edən xəstələrdir ki, hansıki onlar tez tez kəsici, dəlici, cızıcı alətlərdən istifadə edirlər. İynələrdən istifadə edirlər. Və ortaq iynələrdən istifadə edirlər. Və digər yoluxma yollarından türmə həyatı keçirmiş şəxslərdə tez tez ortaq kəsici, cızıcı, dəlici alətlərdən istifadə olunması üsullarıdır. Pedikür, manikü, bərbər bu kimi yerlərdə olduqda gözəllik salonlarından keçmə ehtimalı daha yüksəkdir ki, burada da ortaq kəsici, cızıcı, dəlici alətlərdən istifadə olunur. Dializ xəstələrində tez tez böyrəklə bağlı sıxıntıları olduğuna görə onlar tez tez xüsusi dializ aparatına qoşulur ki, burda da qan təmasına tez tez məruz qalırlar. Bu yolla yoluxma yolları daha çoxdur. Anadan körpəyə keçmə yoluxma yolu çox aşağı səviyyədədir. Bu daha çox hamiləliyin son trimestində və virusun şiddətli, anidən yüksəldiyi bir dövrdə və ya hamiləlikdə kəskin hepatit c olduqda yoluxma ehtimalı daha çox artır. Xroniki hepatit c-lərdə virus miqdarı kəskindən daha aşağı olduğuna görə hamiləliyin ilk trimestində keçmə ehtimalları çox azdır. Doğuş zamanı anadan uşağa keçmə ehtimalı 1-3 faiz hallarda olar. Bu da doguş zamanı körpənin dərisinin zədələnməsi yolu ilə keçər ki, hansı ki, bu zaman normal doğuş və keysəriyyə əməliyyatının hər hansı birinin fərqi yoxdur. Hepatit c olan xəstələrdə hər ikisi də ola bilər. Ancaq körpədə dəri travmasının olması məsələsi çox çox önəmlidir ki, buna da körpələrdə 1-3 faiz hallarda rast gəlinir. Körpə anadan olduqdan bir il sonra qanda hepatit c-nin ifa üsuluna baxılması məsləhətdir.

Etiketlər :