Qaraciyər sirrozu

Qaraciyər sirrozu nədir və yaranma səbəbləri nələrdir?

18 izlənmə

Paylaş

 

4

Aqil Ağakişiyev

Qastroenterologiya/Hepatologiya

Paylaşılma tarixi

30 mart 2017 11:19

Qaraciyər sirrozu, normal işləyən qaraciyərin, qaraciyər hüceyrələrinin, qaraciyər toxumasının getdikcə öz funksiyasını itirməsi, el aramızda dediyimiz kimi bərkiməsi, daşlaşması, fibrozisə uğramasıdır. Və müəyyən müddətdən sonra qaraciyərdə olan funksiyaların hamısının tamamilə itirilməsidir. Qaraciyər çatışmazlığının yaranmasıdır. Qaraciyər sirrozunda səbəblər çox önəmlidir. Qaraciyər sirrozunun səbəbindən asılı olaraq səbəbin müalicəsi qaraciyər sirrozunun müalicəsinə ciddi təsir edər. Və xəstələrin sürveyinə, həyatda qalmalarına, ondan sonrakı yaşam tərzlərinə ciddi təsir edər. Qaraciyər sirrozunun səbəbləri bu günümüz üçün daha çox yayğın olan hepatit b, hepatit c, hepatit d və digər qaraciyər virusdarından olan hepatit a, hepatit g, hepatit e çox çox önəmlidir. Bu viruslardan başqa digər ikincili qaraciyər virusları vardır ki, stameqala virusu, epşitembar virusu, teteve virusu çox az az rast gəlinən viruslardır. Və bundan başqa bəzi bakteriyalar var ki, məsələn, bruseliyalar, bruselyozlar qaraciyər sirrozuna qədər gətirib çıxarır. Bundan başqa viruslardan başqa qaraciyərin anadangəlmə bir sıra virusları vardır ki, vilson xəstəliyi, hemokrotozois xəstəliyi, portal ven trombozu, damar problemlərindən  gedən xəstəliklər və bundan əlavə sonradan qazanılmış xəstəliklər vardır ki, qaraciyər yağlanması, metabolik dəyişiklilərə bağlı olaraq və ya qidalanmadan asılı olaraq yaranan qaraciyər yağlanması və ən önəmlisi və ciddi bir yer tutan alkol hepatiti, alkola bağlı qaraciyər yağlanması, qaraciyər zədələnməsi və bunlardan başqa istifadə olunan hər hansı dərmanların qaraciyərə çox ciddi toksiki təsirindən yaranan, daha çox dərman hepatiti kimi tanınan, toksik hepatitlərin olması da qaraciyər sirrozuna gətirib çıxarır. Və əlamətlərdən asılı olaraq qaraciyər sirrozunun müalicəsində əlavələr və ciddi fərqliliklər yaranır. 

Etiketlər :