Qaraciyər sirrozu

Qaraciyər sirrozu müalicə olunan xəstəlikdirmi?

3 izlənmə

Paylaş

 

3

Aqil Ağakişiyev

Qastroenterologiya/Hepatologiya

Paylaşılma tarixi

30 mart 2017 11:23

Qaraciyər sirrozu xəstəliyin səbəbindən asılı olaraq, qaraciyərin vəziyyətindən asılı olaraq müalicə olunandır və fərqli müalicə üsulları vardır. Qaraciyər sirrozunun ilkin olaraq səbəbi müalicə olunmalıdır. İstər virus hepatitləri olsun, hepatit b, c, d və digər virus hepatitləri istərsə də anadangəlmə qaraciyər xəstəlikləri, istər qaraciyər yağlanması, istər alkola bağlı qaraciyərin yağlanması və zədələnməsi, istər toksik hepatitə bağlı olması və 40-dan çox qaraciyər xəstəlikləri var ki, hər bir səbəb ayrılıqda və tək başına tamamilə müalicə olunması lazımdır. Hansı ki, bəzi xəstəliklər vardır auto immun xəstəliklər kimi və digər vilson, hemokrotozis kimi bəzi xəstəliklər vardır ki, xəstə ömür boyu müalicə almaq məcburiyyətində qalır. Xəstə dərin remisyona salınmalıdır. Xəstəliyin kəskinləşmiş fazası tamamilə remissiyaya gətirilməlidir, yəni, sakitləşdirilməlidir. Onunla bərabər də qaraciyər sirrozunun müalicəsi getməlidir. Bu xəstəliyin müalicəsi ilə yanaşı xəstə kompanse sirrozdursa yaxşılaşar, düzələr. Ancaq dekompanse sirroza girmiş xəstələrdə bəzən səbəbin müalicəsinin verilməsi çox çox çətin olur. Məsələn hepatit b-yə aiddirsə və ya hepatit c-yə aiddirsə səbəbi rahatlıqla müalicə olunandır. Ancaq hepatit d üçün bu gün qaraciyər sirrozu olmuş xəstələrə müalicə verməyimiz biraz çətinlik törədir. Digər auto immun xəstəliklərdirsə bəzən müalicə verməkdə ciddi çətinliklər yaranır. Vilson, hemokrotizozis və digər xəstəliklərin müalicəsində rahatlıq vardır. Söylədiyim kimi səbəb çox önəmlidir. Səbəbi aradan qaldırdıqda və qaraciyərin kompanse yoxsa dekompanse sirroz olması mərhələsindən aılı olaraq sualımızın cavabını aydınlıqla deyə bilirik. Səbəb əvvəlcə müalicə olunmalıdır və ondan sonra qaraciyər sirrozu aradan qalxır. Bəzən qaraciyəri tamamilə məhv olmuş, dekompanseyə girmiş, ağırlaşmış xəstələrdə isə artıq müalicənin bir faydası olmur. Artıq qaraciyər transplantasiyası gündəmə gəlir. Qaraciyəri dəyişmək məcburiyyətində qalırıq. Uzun illərdir ki, qaraciyər transplantasiyası var və bu günümüz üçün də bu istər ölkəmizdə istər dünya miqyasında uğurla həyata keçirilir. Xəstələr bundan çox çox ciddi fayda görürlər. Önəmli olan qaraciyər transplantasiyasına getməmişdən öncə müalicə oluna biləcək səbəblərdirsə öncədən müalicə olunsun ki, qaraciyər köçürülməsi sonrası belə həmin xəstəliklər baş qaldırıb qaraciyəri yenidən sirroz eləməsin. 

Etiketlər :