Bas agrilari və miqren

Baş ağrımızın miqren olub olmamasını necə anlaya bilərik?

17 izlənmə

Paylaş

 

0

Nərgiz Ağayeva

Nevrologiya

Paylaşılma tarixi

12 aprel 2017 09:33

Baş ağrısı cəmiyyətimizdə çox sıx görülən bir problemdir. Bəs bu baş ağrımız miqrenmi yoxsa başqa bir səbəbə bağlıdır? Bunu necə müəyyənləşdirə bilərik? Miqren baş ağrısının xüsusiyyətlərini sadalayacağıq. Miqren baş ağrıları daha çox şiddətli dərəcədə olur. Yəni xəstə başı ağrıdığı üçün, miqren tutması olduğu üçün o gün işini görə bilmir. Ya ev işini, həkimsə xəstələrinə baxa bilməz, müəllimdirsə o günləri dərsini düzgün deyə bilmir. Yəni günlük fəaliyyət aktivliklərinə problem çıxaracaq qədər şiddətli olur. Miqren baş ağrısı tutma şəklindədir. Gəldiyi və bitdiyi saatlar bəllidir. Miqren baş ağrısında eyni zamanda ürəkbulanmanın olması çox spesifikdir. Bəzi xəstələr də qusmadan şikayətçi olurlar. Miqren baş ağrıları daha çox birtərəfli olur amma ikitərəfli də ola bilər. Miqren tutması vaxtı xəstələr işıqdan, səsdən narahat olurlar. Eyni zamanda qoxulardan narahat olurlar. Miqren tutması sırasında xəstələr hərəkət edərkən baş ağrılarının önə doğru axdığını ifadə edirlər. Miqren baş ağrısı zonqlayıcı şəkildə olur. Amma əlbətdə ki, bu əlamətlərin mütləq hamısının olması vacib deyil. Belə ki, miqren ağrısı olub heç vaxt qusması olmayan və yaxud da miqren ağrısı olub hər zaman ikitərəfli baş ağrısı olan xəstələrimiz də mövcuddur. Ona görə xəstənin bütün əlamətləri birlikdə dəyərləndirilərək diaqnozu müəyyənləşdirilməlidir.

Etiketlər :