Böyrək daşı xəstəliyi

Böyrək daşı nədir və yaranma səbəbləri nələrdir?

16 izlənmə

Paylaş

 

4

Zamin Həşimov

Urologiya

Paylaşılma tarixi

25 aprel 2017 11:27
Böyrək daşı bütün dünyada və ölkəmizdə geniş yayılmış xəstəliklər arasındadır. İsti iqlim qurşağında yaşamaq, isti mühitdə işləmək, proteinlə zəngin qidaların qəbulu, çox tərləmə, günlük az mayenin qəbulu böyrək daşı əmələ gəlməsi riskini artırır. 20 və 50 yaş arasında böyrək daşı xüsusilə kişilərdə daha çox rast gəlinir. Böyrək daşının əmələgəlmə səbəbləri arasında başqa faktorlar da vardır. Belə ki, bağırsağın bir sıra xəstəlikləri, bəzi metabolik xəstəliklər böyrək daşlarının əmələ gəlmə riskini artırır. Böyrək daşlarının əmələ gəlməsində eyni zamanda genetik faktorlar da rol almaqdadır. Böyrək daşının əmələ gəlməsində rol oynayan bəzi elementlər, maddələr vardır. Kalsium, kalsium oksalat, amonium, natrium, amonium fosfat duzları böyrək daşının əmələ gəlməsində rol oynayır. Böyrək daşları əmələ gəldiyi zaman müxtəlif mexanizmalar vasitəsi ilə daş əmələ gəlir. Birinci mərhələ sidiyin qatılığının artması, kristalların əmələ gəlməsi, daha sonra o kristalların birləşməsi, supersatrasyon prosesinin getməsi ən son isə böyük kristalların birləşərək böyrək daşına çevrilməsi halları olur. İnsanların bədənində hər zaman daş əmələ gələ bilir. Amma kiçikölçülü daşlar bəzən insanların xəbəri olmadan sidik yollarından asan bir şəkildə atılır. Amma o kiçik ölçülü kristallar böyüyüb bir birinə yapışırsa, daha böyük ölçülərə çatırsa bu zaman böyrək daşları bir xəstəlik formasına gəlir, xəstələrdə müəyyən əlamətlər verir, müəyyən fəsadlar verir. 
Etiketlər :