Prostat vəz xəstəlikləri

Prostat vəzi nədir və funksiyaları nələrdir?

11 izlənmə

Paylaş

 

0

Zamin Həşimov

Urologiya

Paylaşılma tarixi

25 aprel 2017 15:24
Prostat vəzi 15 – 20 qram ağırlığında, sidik kisəsinin çıxış hissəsində yerləşir. Prostat vəzinin başlıça funksiyası çoxalma orqanıdır. Belə ki, spermanın tərkibinə daxil olan ifrazatın 70-80 faizi prostat vəzi tərəfindən ifraz olunur. Spermanın tərkibində olan sperma hüceyrələrinin fəaliyyəti, funksiyası üçün prostat vəzinin sekressiyası əhəmiyyətlidir. Prostat vəzi tərəfindən ifraz olunan maye spermanın tərkbinin 70-80 faizini təşkil edir. Belə ki, prostat vəzi ifrazatında olan bəzi elementlər, maddələr sperma hüceyrələrinin fəaliyyəti üçün çox vacibdir. Beləliklə prostat vəzi əsas etibarı ilə çoxalma funksiyasını yerinə yetirir. Prostat vəzinin cinsi fəaliyyətlə birbaşa əlaqəsi yoxdur.
 
Etiketlər :