Uşaqlarda boy qısalığı

Uşaqlarda normal böyümə nədir?

16 izlənmə

Paylaş

 

1

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

26 aprel 2017 14:13
 Hər bir valideynin arzusu uşağının sağlam böyümə və  inkişafını görməkdir. Normal böyümə üçün normal həyat tərzi keçirmək, normal hormon tarazlığına sahib olmaq və normal qidalanmaq lazımdır. Orqanizmdə böyümə üçün ən çox boya sahib olduğumuz  period bətndaxili inkişaf dövrüdür. 9 ay müddətində təxminən  50 sm-ə qədər olan böyümə həyatımızın heç bir zamanında olmaz. 1 yaşını qeyd edən uşağın boyu  ortalama 75 sm-ə çatır. Bu o deməkdir k, həyatın ilk  ilində 25 sm-ə qədər boy uzanması olur. Çəki isə 3 dəfə artaraq təxminən 10 kq olmaqdadır. Bundan sonra böyümədə nisbətən bir yavaşıma başlayır. Təxminən 1 yaşdan 2 yaşa qədər olan dövrdə 10-12 sm, daha sonra 7-8 sm olmaqla azalan, amma stabil dinamik şəkildə inkişaf edən bir temp ilə yetişkənlik çağına qədər bu böyümə sürəti getməkdədir. Uşaqlar oğlan və qız cinsindən asılı olmayaraq təxminən yetişkənlik yaşına qədər eyni miqdar və nisbətdə böyüyərlər. Təxminən bu illik  6-7 sm civarında olur. Təbii ki, normal böyüməyə  qidalanma, genetik faktorlar, ana-atanın verdiyi genetik boy potensialı, yuxu rejimi, idman, yanaşı xəstəliklər, dərman maddələri də təsir etməkdədir. Uşaqlar ərgənlik, yəni, pubertə dövrünə girdikdə çox ciddi şəkildə boy uzanması əldə edirlər. Təxminən yetişkənlik periodunda qız uşaqları 16-20 sm, oğlan uşaqları isə 25-30 sm-ə qədər böyüyə bilirlər. Yetişkənlik periodu qız uşaqlarında təxminən 10 yaşından 13-14 yaşına qədər, oğlan uşaqlarında təxminən 10-11 yaşlarından 14-15 yaşına qədər davam etməkdədir. Bu yeniyetməlik periodu təxminən 4 il, ortalama 2 il çəkməkdə və böyümə üçün boy uzanmasının ən final olduğu bir dövrdür. Çünki yetişkənlik dövründən sonra artıq böyümə olmaz. Sümüklər, epifizlər bağlandıqdan, böyümə zonaları qapandıqdan sonra böyümə artıq dayanar. Yəni, normal böyümə, normal hormon tarazlığının endokrin və qeyri endokrin xəstəliklərin olmaması, doğru düzgün həyat tərzi ilə hədəf boya çataraq mümkün olur.
 
Etiketlər :