Uşaqlarda boy qısalığı

Boy neçə yaşa qədər uzana bilər?

2 izlənmə

Paylaş

 

7

Hidayət Məmmədzadə

Endokrinologiya

Paylaşılma tarixi

26 aprel 2017 14:31
Boy sümük yaşı, böyümə nöqtələri tamamlanana qədər uzana bilər. Biz böyümə hormonu yetərsizliyinə bağlı müalicə verdiyimiz xəstələrdə ən geci ildə bir dəfə sümük yaşını təyin etmək üçün əl filmini çəkərək bunu təqib edirik. Bəzən sümük yaşı fərdi və kontitusional tiplərə bağlı olaraq gec bağlandığı üçün bu uşaqların boyü bəzən daha irəli yaşlara qədər də davam edə bilər. Adətən normal şərtlərdə 17 yaşa qədər qız uşaqlarında, 18 yaşında oğlan uşaqlarında epifizlər bağlanır və böyümə dayanır. Ancaq təbii ki, individuallıq da vardır. Bəzi uşaqlarda böyümə nöqtələri gec qapandığı üçün böyümə davam edir. Sümük yaşının davam etdiyinə nəzərən bu uşaqlarda 20-22 yaşlara qədər də boy uzana bilər. Amma, adətən, bu nadir haldır, hər kəsdə olmur. Böyümə terapiyasını isə biz bəlli yaşa qədər veririk. Adətən standartlara görə 155 sm-dən yuxarı qızlarda, 165 sm-dən yuxarı oğlanlarda boya çatmışıqsa terapiya apardığımız xəstələrdə artıq müəyyən qədər effektin əldə olunmağından söhbət gedə bilər. Amma epifizləri bağlanmış, sümük yaşı tamamlanmış insanlara böyümə hormonu terapiyası verilməyinin akromeqaliyaya bənzər, böyümə hormonu artıqlığına bağlı digər metabolik bir xəstəliyə yol açacağını nəzərə alaraq sümük yaşı bağlanmış xəstələrimizə, uşaqlarımıza biz böyümə hormonu terapiyasını vermirik. Alternativ müalicələrin burada o qədər də böyük bir rolu yoxdur. Ehtiyac olduğu halda vitamin və mineral maddələrin dəstəyinə ehtiyac vardır. Normal doğru-düzgün və  sağlam, daha çox  kalsiumla zəngin qidalanma rejimi, idman, erkən yatmaq müalicənin əsas alternativlərindən biridir. Böyümə hormonu verilməsi demək olar ki, boy qısalığı xəstəliyində tək və ana müalicə sayılmaqdadır. Amma sümükləşmə nöqtələri bağlanmış xəstələrə böyümə hormonu terapiyası verilməz.
 
Etiketlər :