Mühasibat uçotu

    • Email : fsultanov@beu.edu.az
    • Web : http://beu.edu.az/

    Firudin Sultanov

    1 Mövzu 12501 izlənmə

    Bakı Mühəndislik Universiteti Mühasibat Uçotu və Audit kafedrasının müdiri iqtisadiyyat üzrə fəlsəfə doktoru Firudin Sultanov 1979-cu ildə Bakıda anadan olmuşdur. Ali təhsilini 1997-2001-ci illərdə Türkiyyənin Dokuz Eyllül Universitetində Biznesin idarəedilməsi ixtisası üzrə alan mütəxəssis 2001-2004-cü illərdə eyni universitetin biznesin idarəedilməsi ixtisası üzrə magistatura təhsilini başa vurmuşdur. Daha sonra 2004-2010-cu illərdə İstanbul Universitetində biznesin idarəedilməsi ixtisası üzrə doktorantura təhsilini başa vurmuşdur. O 2005 -2016 ci illərdə Qafqaz Universitetində maliyyə, iqtisadiyyat, biznesin təşkili, mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələrə mühasibat uçotunun əsasları , idarəetmə uçotu , əməliyyatların idarəolunması və qərarvermə nəzəriyyəsi kimi dərslərin tədrisini həyata keçirmişdir.  2017-ci ildən Bakı Mühəndislik Universitetində baş müəllim və Mühasibat Uçotu və Audit kafedrasının müdiri vəzifəsində işləməkdədir.