İnformasiya texnologiyaları

    • Email : babbasov@qu.edu..az
    • Web : http://itse.qu.edu.az/
    • Telefon : 994123499988

    Babək Abbasov

    1 Mövzu 8501 izlənmə

    Abbasov Babək Qəhrəman oğlu 10 dekabr 1978 –il tarixində  Beyləqan şəhərində anadan olmuşdur. Orta təhsilini Beyləqan şəhər 4 nömrəli orta məktəbində almışdır. 1993-1997-ci illərdə Sumqayıt Türk Texnik Liseyində (indiki Dədə-Qorqud liseyi) təhsilini davam etdirmişdir. 1997-2001ci illərdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi bölməsində bakalavr təhsili almışdır. 2001-2003-cü illərdə eyni universitetin magistratura pilləsini bitirmişdir.

    2003-2008-ci illərdə Türkiyədə Ege Universitetində Kompüter mühəndisliyi sahəsi üzrə doktorantura təhsilini başa vuraraq fəlsəfə doktoru elmi ünvanını qazanmışdır. Elmi işi “Yerli kompyuter şəbəkələrində aktiv növbə sistemlərinin idarə olunması və effektiv bir alqoritmin inkişaf etdirilməsi” adlanır. Bu mövzuda həm  SCI indeksli xarici jurnallarda həm də yerli jurnallarda elmi məqalələri dərc edilmişdir.

    2001-2005 ci illərdə Qafqaz Universitetində Kompyuter mühəndisliyi kafedrasında laborant və baş laborant vəzifələrində işləmişdir, 2006-cı ildən isə müəllim, daha sonra baş müəllim vəzifələrinə yüksəlmişdir. 2010-cu il mart ayından etibarən Qafqaz Universitetinin “İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi” kafedrasında  kafedra müdiri vəzifəsində işləyir. Eyni ildə mühəndislik fakultəsinin tədris işləri üzrə, daha sonra elmi işlər üzrə dekan müavini vəzifəsinə təyin edilmişdir. 10.05.2010-ci il Qafqaz universiteti elmi şura iclasının qərarına əsasən “informasiya texnologiyaları və sistemləri” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir.

    Evlidir, iki övladı var.