Kimya mühəndisliyi

    • Email : yabdullayev@qu.edu.az
    • Web : http://che.qu.edu.az/
    • Telefon : 994123499988

    Yusif Abdullayev

    1 Mövzu 6372 izlənmə

     

            Abdullayev Yusif Əfrəddin oğlu 14/10/1979-cu il tarixində Lerik rayonunun Lərmərud kəndində anadan olmuşdur. Gəncə Dövlət Üniversitetinin Kimya-biologiya fakültəsindən 2001-ci ildə “kimya və biologiya” ixtisasi üzrə məzun olmuşdur. Elə həmin il “Üzvi kimya” ixtisası üzrə Gəncə Dövlət Üniversitetinin magistraturasına qəbul olmuşdur. 2003-cü ildə magistraturanı fərqlənmə ilə bitirdikdən sonra AMEA-nın Neft Kimya Prosesləri İnstitutuna “Neft-kimya” ixtisası üzrə aspiranturaya qəbul olmuş və 2006-cı ildə aspiranturanı bitirmişdir. 28/02/2008-ci il tarixində NKPİ-nin dissertasiya şurasında “Alkilhalogenidlrər və epixlorhidrin əssında alkilaminlərin, aminospirtlərin və poliamin komplekslərinin sintezi” mövzusu üzrə müdafiə eləmişdir. 2011-2012 –ci illərdə Türkiyənin, Ankara şəhərində Orta Doğu Texniki Universitetində üzvi sintez üzrə postdokturantura eləmişdir. 2013-cu ildə komputer kimyası üzrə ABŞ Georgiya ştatı, Atlanta şəhərində Emory Universitetində postdokturantura eləmişdir. Hal hazırda Qafqaz Universitetində kimya mühəndisliyi bölməsininin müdiri vəzifəsində işləyir.