Biznesin idarə edilməsi

    • Email : nkamalov@beu.edu.az
    • Web : http://beu.edu.az/

    Nəsimi Kamalov

    1 Mövzu 15012 izlənmə

    26 may 1976-cı ildə Qax rayonu Qax şəhərində anadan olmuşdur.

    1982-ci ildə Qax şəhər 1 №-li orta məktəbində ilk təhsilinə başlayan N.B. Kamalov, 1993-cü ildə Bakı şəhəri Nəsimi rayonu 35 saylı orta məktəbini bitirmişdir.

    Həmin ildə Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinə “Biznesin təşkili və idarə edilməsi”, Azərbaycan Dövlət İqtisad İnstitutu Maliyyə və Kredit Fakültəsinə “Siyasi iqtisad” ixtisasları üzrə qəbul olunmuşdur.

    Təhsilini Qafqaz Universitetində davam etdirən N.B. Kamalov, 1998-ci ildə bakalavr dərəcəsi almışdır.

    1999-2001-ci illər arasında Qafqaz Universiteti Elmlər İnstitutunda “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr təhsilini tamamlamışdır.

    2012-ci ildə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında yeyinti məhsulları bazarında marketinqin təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq görülmüşdür.

    1999-2007 - ci  illərdə Qafqaz Universitetində müxtəlif vəzifələri o cümlədən Biznesin idarə edilməsi bölməsinin müdiri kimi vəzifələri icra etmişdir. 2007-ci ildən elmi pedoqojik fəaliyyətini Bakı Mühəndislik Universitetində davam etdirir.

    “Stratejik yönetim” (Bakı-2001), “Azerbaycanda mahkeme sistemi” (Bakı-2001), “İnflyasiya, faiz, valyuta məzənnəsi arasındakı münasibət və Azərbaycan” (Bakı-2003), “Yeni yüzyılda Azerbaycan`ın sosyo-ekonomik yapısı” (İstanbul-2004), “Qarabağ: bildiklərimiz və bilmədiklərimiz” (Bakı-2010), “Orta Asya`dan Balkanlar`a KOBİ niteliğinde aile işletmeleri” (Ankara-2011) kimi ümumilikdə 6 monoqrafiyanın, Azərbaycan, Türkiyə, Rusiya və Ukraynanın mötəbər jurnallarında çap edilən 25-dən çox elmi məqalənin həmmüəllifi və müəllifi olan N.B. Kamalov, Azərbaycanda və xarici ölkələrdə keçirilən 30-dan çox yerli və beynəlxalq səviyyəli seminar, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir.

    N.B. Kamalov bir qayda olaraq biznes dünyası ilə sıx əməkdaşlıq edir, Azersun Holdinq, Veyseloğlu, EMBAWOOD, FAB, BİSMAK, ÇİNİCİ, ARMADA və s. kimi ölkənin onlarla tanınmış aparıcı şirkətlərində mütəmadi olaraq “Marketinqdə peşəkarlıq”, “Şirkətdaxili münasibətlər və məsuliyyət”, “İdarəetmənin əsasları”, “Strategiyalı idarəetmə”, “İctimaiyyətlə əlaqələr” və s. mövzularda seminarlar verir, praktiki əhəmiyyətli müzakirə və dəyirmi masalar aparır. O eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəb direktorları və direktor namizədləri üçün təşkil edilən təlim kurslarında “İdarəetmə” fənnini tədris edir.

    Ailəlidir, 1 övladı var.