Marketinq

    • Email : manafov-ilkin@maıl.ru
    • Web : http://www.ilkinmanafov.com/
    • Telefon :

    İlkin Manafov

    1 Mövzu 8748 izlənmə

    Manafov İlkin, 1983-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Marketinq sahəsində iqtisad elmləri namizədidir. (indiki sistemlə fəlsəfə elmləri doktoru və ya PhD of Marketing). DAAD (Alman akademik mubadile merkezi) stipendiyası ilə Almaniyada ixtisas artırma kursları keçmişdir, Moskva şəhərində İnnovativ Marketinq ixtisası üzrə MBA bitirmişdir. Müxtəlif sektorlarda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə ixtisasartırma proqramlarında olmuşdur. Marketinq, Satış və Biznesin idarəedilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifidir.

    Ilkin Manafov hal-hazırda biznesin inkişafı, satış və marketinq üzrə konsaltinq xidmətləri göstərir, həmçinin German Studio şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir. Ölkənin aparıcı şirkətlərində Marketinq Direktoru, Satış və Ölkə nümayəndəsi kimi 10 ilə yaxın iş təcrübəsi var. Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışmışmışdır.

    Azərbaycanda İLK  praktik Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçilərindəndir. Həmçinin Azərbaycanda ilk Milli Marketinq Forumunun təşəbbüskarlarından hesab edilir.

    Ana dilimizdə İLK brendinq kitabı olan “360 dərəcədə brendinq” kitabının müəllifidir.