Etnoqrafiya

    • Email : shirin_bunyad@mail.ru
    • Web : http://www.science.gov.az/
    • Telefon :

    Şirin Bünyatova

    1 Mövzu 9759 izlənmə

    Şirin Teymur qızı Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuş, 1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1979 - 84-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsilimi davam etdirmiş, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra AMEA-nın Tarix institutunun aspiranturasına əyani şöbəyə (etnoqrafiya ixtisası üzrə) daxil olmuş və 1987-ci ildən institutun «Yeni tikinti sahələrinin arxeoloji tədqiqi» şöbəsində fəaliyyət göstərmişdir. 1991-ci ildə «Nizaminin əsərlərində etnoqrafik məsələlər» adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 15.X.1990-cı ildə kiçik elmi işçi, 28. XI 1991-ci ildə elmi işçi və 01.X.1993-cü ildə baş elmi işçi vəzifəsinə keçirilmiş və aparıcı elmi işçidir. 1992-98-ci illər ərzində 44 saylı orta məktəbdə, 1996-98-ci illərdə isə «Təfəkkür» universitetində dərs demişdir.

              1999-cu ildən etibarən «Azərbaycanın tarixi etnoqrafiyası»                                   şöbəsinin əməkdaşı olmuş və bu müddətdə «Azərbaycanın tarixi etnoqrafiyası (XII-XVI əsrlər)» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Tarix elmləri doktorudur. Yeddi kitabı işıq üzü görmüşdür: 1.Низами и этнография.  Баку «Элм»1991, 2. Nizami və etnoqrafiya. Bakı «Elm» 1992, 3. Azərbaycan qonaqpərvərliyi. Bakı «Elm» 2005 4. Azərbaycanın təsərrüfatı və maddi mədəniyyəti (XII-XVI əsrlər) Bakı «Elm» 2007. 5. Orta əsr Azərbaycan ailəsi. Bakı «Elm», 2012, 6. Orta əsr Azərbaycan ailəsi. Tehran, 2013. 7. Azərbaycan qonaqpərvərliyi. Tehran, 2015. Həmçinin onlarla məqalənin müəllifiyəm.

    2005-ci ildən saathesabı, 2009-cu ildən isə Bakı Dövlət Universitetinin müəlliməsidir. Hal-hazırda BDU-nun Tarix fakültəsinin «Arxeologiya və etnoqrafiya» kafedrasının professorudur.