Mühasibat Uçotu

    • Email : eibadov@beu.edu.az
    • Web : http://beu.qu.edu.az/
    • Telefon : +994 (12) 349 99 66

    Elsevər İbadov

    2 Mövzu 21815 izlənmə

    Şamaxı rayonu Çarhan kəndində anadan olumuşdur. 2005-ci Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakultəsinin, İşlətmə (Biznesin təşkili və idarə olunması) ixtisası üzrə bakalvr pilləsinə qəbul olmuş və 2009-cu ildə təhsilini bitirmişdir. Magistr təhsilini Türkiyənin Kütahya şəhərində, Dumlupınar Universitetində Muhasebe-Finansman (Mühasibat uçotu-Maliyyə) ixtisası üzrə davam etdirmişdir. 2012-ci ildə “Azərbaycan və Türkiyə mühasibatlıq sistemlərinin müqaisəli analizi” mövzusunda dissertasiyasını müdafiə edərək magistr dərəcəsi almışdır. Doktorantura təhsili 2012-ci ildən indiyə qədər Türkiyənin Erzurum şəhərində Atatürk Universiteti Muhasebe-Finansman ixtisası üzrə davam edir.

    İş həyatına 2006-2008 –ci illərdə GRBS şirkətində Təchizat meneceri, daha sonra Keyfiyyət üzrə mütəxəssis vəzifələri ilə başlamışdır. 2010-2014-cü illərdə isə Qafqaz Universitetində Baş laborant/Tədris məsləhətçisi olaraq davam etdirmişdir. 2014-2016 illəri arasında Qafqaz Universitetinin Mühasibat uçotu və Audit kafedrasının Müəllimi və Tərbiyyə işləri üzrə kafedra müdir müavini olaraq çalışmışdır. Barattson şirkətində mühasibat uçotu sahəsində təlimlər keçirir. Hal hazırda Bakı mühəndislik Universitetində baş müəllim vəzifəsində çalışmışır.

    Mühasibat uçotu mövzusunda beynəlxalq konfranslarda iştirak etmiş və bir çox elmi məqalələrin müəllifidir.