Marketinq

    • Email : hunaltay@gmail.com
    • Web : http://marketermeherrem.com/
    • Telefon :

    Rafiq Hunaltay

    1 Mövzu 5188 izlənmə

    Rafiq Vəliyev (Hunaltay) 1985-ci ildə anadan olub.

    Təhsili:

    2003-2007-ci illə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil alıb.

    2008-2010-cu illər isə eyni universitetin magistr pilləsini yenə Marketinq ixtisası üzrə bitirib.

    Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve  Tanıtım bölümünü bitirib.

    2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşdur, dissertantdır. Müştəri Münasibətləri Menecmenti istiqaməti üzrə fəlsəfə doktorluğunu müdafiə edəcəkdir..

    İş təcrübəsi:

    2002-2007-ci illər hərbi, hüquq və vətənpərvərlik qəzeti olan “Hərbi And” qəzetində analitik bölmədə yazar, bir çox qəzetlərdə araşdırmaçı yazar kimi çalışıb. Bu günədək qəzetlərdə 200-dən çox məqaləsi çap olunub. Azərbaycanda ilk dəfə sistemli şəkildə “məxfilər” bölməsi altında dünya kəşfiyyat sistemlərinə aid 40-dan analitik yazının müəllifidir.

    2007-2009-cu illər Müdafiə Nazirliyi Hərbi Nəşriyyatında analitik yazar olaraq fəaliyyət göstərib.

    2006-2007-ci ildə parallel olaraq Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləyib.

    2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşdur. Hazırda həmin şirkətin idarə heyətində marketinq nəzarəti üzrə direktor vəzifəsində çalışır.

    Eyni zamanda 2011-ci ildən fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının təsisçisidir. 2012-ci ildən fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisidir.