Təhsil

    • Email : simanova@qu.edu.az
    • Web : http://famelab.az/
    • Telefon :

    Sevil İmanova

    1 Mövzu 2833 izlənmə

    Sevil İmanova 1977-ci il 4 iyunda Naxçivan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayit şəhəri 4Nli orta məktəbində məzun olaraq Qafqaz Universitetinin Mühəndislik Fakultəsi Sənaye Mühəndisliyi Bölməsində qəbul olmuşdur. Universitetdə oxuduğu illərdə Sosyal fəaliyyətlərdə iştirak edərək, ixtisasımla əlaqəli olaraq bacarıqlarını inkişaf etdirməyə çalışmışdır. Azərbaycanda ilk dəfə keçirilən “Universitet və İş Dünyası ilə Əlaqələr” adlı konfransın təşkilatçılarından olmuşdur. Eyni zamanda “Ümumi Keyfiyyətin İdarəolunması və Azərbaycandakl Tətbiqi” adlı konfransın könüllü iştirakçılarından olmuşdur.

    1999-cu ildə Universitetin Bakalavr pilləsində məzun olaraq Magistratura pilləsinin İdarəetmə ixtisasına qəbul almışdır.

    1997-ci ilin yay aylarında “Coca-Cola Bottlers Ltd” şirkətində bir aylıq yay təcrübəsini bitirdikdən sonra Mühəndis Asistenti kimi işləmişdir.

    1998-ci ilin yay aylarında “Azersun Holding” müəssisəndə Export-Import mütəxəssis asisteniti kimi işləmişdir.

    1999-cü ildə “AZERCELL” şirkətinin nümayəndlərinə “Satiş-Pazarlama-Marketing” adlı təlimi vermişdir.

    1999-cu il sentyabr ayından Qafqaz Universitetində administrativ işçi kimi işə başlamışdır. 2000-ci ildən Qafqaz Universiteti Mühəndislik Fakultəsinin Sənaye Mühəndisliyi Bölməsinin Laborant kimi, 2003cü ildən Müəllim, 2007 dən Baş Müəllimi fəaiyyət göstərmişdir.

     2004-2005-ci illərdə “Journal of Qafqaz University” junalının editoru kimi faəliyyət göstərmişdir.

    2010-2013 illərində Mühəndislik Fakultəsi Sənaye Mühəndisliyinin Kafedra Müdir Müavini kimi işləmişdir. Uzun müddət fakultənin Bologna Koordinatoru kimi, Keyfiyyət Zəmanət Komissiyasının üzvü və Beynəlxalg Əlaqələr üzrə Fakultə təmsilcisi kimi işləmişdir. Universitetin ISO 9001 Keyfiyyət Zəmanət sistemlərinin qurulmasında və sistemin uyğunlaşdırılmasında yaxından iştirak etmişdir.

    2013-cü ildə Xarici Əlaqələr Prorektorluğunda Erasmuz-Mundus Mübadilə Programları üzrə Koordinator kimi başlamışdır. Bu illər ərzində Universitetimizin partnyor kimi iştirak etdiyi iki Tempus Layihəsinin Koordinatoru olmuşdur.

    2014-cü il dekabr ayından etibarən Qafqaz Universiteti Xarici Əlaqələr üzrə Prorektor kimi işləyir. Hal hazırda administrativ fəaliyyətimlə yanaşı Mühəndislik Fakultəsi Sənaye Mühəndisliyi Bölməsində Baş Müəllim kimi ixtisas dərslərinin müəllmi kimi fəaliyyətimə davam etdirir.

    Azərbaycanda “Azərbaycan Keyfiyyət Assosiyasının” üzvüyəm. Erasmus HERE milli ekspertlərdən biridir.

    Bir kitab və 10 dan çox məqalə ve tezislərin müəllifidir.

    Ailəlidir, iki övladı var.