Təhsil

    • Email : sqayibov@qu.edu.az
    • Web : http://tll.qu.edu.az/
    • Telefon : ( 994 12) 448 28 62/66

    Seyran Qayıbov

    1 Mövzu 2628 izlənmə

    Seyran Qayıbov 1971-ci ildə Şamaxı rayonu Təklə Mirzəbaba kəndində anadan olub. 1987-ci ildə orta təhsilini tamamlayıb. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Hacəttəpə Universitetinin Ədəbiyyat fakültəsinin “Türk dili və ədəbiyyatı” ixtisasında bakalavr təhsili alıb. 2000-ci ildə həmin universitetin Humanitar Elmlər İnstitutunun magistratura pilləsinin “Türk folkloru” ixtisasından məzun olub.

    “Xəstə Qasımın poetik irsi” mövzusunda dissertasiyanı 2011-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.                                                                                                  2015-ci ildən Şifahi epik ənənə və Azərbaycan yazılı ədəbiyyatı (1900-1950-ci illər) mövzusundakı filologiya elmlər doktoru dissertasiyası üzərində çalışır.                                                 2003-cü ildən Qafqaz Universitetində müəllim olaraq işləyir. Hazırda Türk dili və ədəbiyyatı bölməsinin tədris işləri üzrə müdir müavinidir.                                                                                              2014-cü ildə dosent vəzifəsinə təyin olunub. Ailəlidir.