Psixologiya

    • Email :
    • Web : https://www.facebook.com/elmirakbar?fref=ts
    • Telefon :

    Elmir Əkbər

    2 Mövzu 8024 izlənmə

    11 avqust 1981 ci ildə anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin-Müalicə İşi fakultəsini bitirib. Universitetdə oxuyarkən Etil spirtinin insana psixo-fizioloji təsiri tələbə elmi işi diploma layiq görüləndən sonra, Əlil Uşaqlar və onların Valideynlərinə psixoloji yardım Mərkəzində çalışıb. Diplom ixtisası həkim-Psixoterapevtdir. Əvvəlcə Onkoloji xəstələrin psixoloji reablitasiyasıyla əlaqədar elmi iş götürsə də,2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Sosiologiya və Psixologiya şöbəsinə daxil olduqda Gənc və Yeniyetmələrin Destruktiv davranışının Psixoloji kökləri mövzusunu müdafiə işi kimi təsdiqlədib. Azərbaycan və ölkədən kənarda ixtisasartirma kursları və peşəkarıarın praktik təlimlərini keçib. Cinayət Törətmiş şəxslərin Ciddi nəzarət altında Müalicə olunan Xüsusi Şöbədə çalışır. Azərbaycan Universiteti-Hüquq və Beynəlxalq Hüquq fakultələrində Hüquq Psixologiyası və Məhkəmə Psixiatriyası fənnlərini tədris edir. Bundan əlavə müxtəlif universitetlərdə müəllim və tələbə heyəti üşçün populyar psixoloji mövzularda, qeyri-mütəmadi mühazirələr deyir. 2007-ci ildən Amerika səfirliyinin Resurs Mərkəzində Psixologiya və Psixoterapiyaya aid mühazirə tsiklləri aparır. Müxtəlif tele və radio layihələrdə daimi və qeyri-mütəmadi ekspert kimi əməkdaşlıq edir. Hal-hazırda psixoterapevt-Psixoanalitik kimi praktik fəaliyyətlə məşğul olur.