Dietologiya

    • Email : emil.hidayatli@mail.ru
    • Telefon : 050 281 19 89

    Emil Hidayətli

    1 Mövzu 6743 izlənmə

    Emil Hidayətli 23 iyun, 1982-ci ildə anadan olmuşdur. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsində təhsil almışdır. 2014-cü il avqust-dekabr aylarında Nutrisioloqların Beynəlxalq Registri (Böyük Britaniya) “Qidalanma elmi” (nutrisiologiya) üzrə diplom və nutrisioloq kimi qeydiyyatdan keçmişdir. 2014-cü ilin sentyabr ayından Böyük Britaniya Müasir Xəstəliklər Kolleci (CCH, UK) və London South Bank Universiteti (LSBU) Piylənmənin müalicəsi və menecmenti ixtisası üzrə diplomdan sonrakı təhsilinə davam edir. 2015-ci il aprel-may aylarında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya ixtisası üzrə peşə hazırlıq kursunu keçmişdir.

    2002-2005-ci illərdə 1 saylı Şəhər Klinik Xəstəxanası Respublika Toksikoloji Mərkəzində tibb qardaşı vəzifəsində işləmişdir. 2005-2006-cı illərdə 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim-intern (anesteizoloq – reanimatoloq) vəzifəsində işləmişdir. 2006-2009-cu illərdə 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq vəzifəsində işləmişdir. Həmçinin həmin illərdə Lek a Sandoz company-də (Sloveniya) tibbi məsləhətçi və həkim konsultant olaraq işləmişdir. 2009-2011-ci illərdə “Novartis Pharma Services AG” -in Azərbaycandakı Nümayəndəliyində (İsveçrə) tibbi məsləhətçi və həkim konsultant olaraq işləmişdir. 2011-2015-ci illərdə “Astellas Pharma Europe BV”  -in Azərbaycandakı Nümayəndəliyində (Yaponiya) tibbi məsləhətçi və həkim konsultant vəzifəsində çalışmışdır. 2013-2015-ci illərdə Aida Tibb Mərkəzində həkim-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis vəzifəsində işləyib. Hal-hazırda Zepter International Azerbaijan LLC-də (İsveçrə) həkim-konsultant vəzifəsində, “Avrasiya” Hospital, RTR Estetik Mərkəzində həkim-diyetoloq, piylənmə üzrə mütəxəssis vəzifəsində və Gəncə Beynəlxalq Xəstəxanasında həkim-diyetoloq, piylənmə üzrə mütəxəssis vəzifəsində işləyir