Endokrinologiya

    • Email : info@drhidayet.az
    • Web : http://drhidayet.az/
    • Telefon : 050-397-18-18

    Hidayət Məmmədzadə

    9 Mövzu 124882 izlənmə

    Dr. Hidayət Məmmədzadə Cəbrayıl rayonunda anadan olmuşdur.

    1992-ci ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika baza litseyini fərqlənmə attestatı ilə bitirərək həmin il Azərbaycan Tibb Universitetinin müalicə - profilaktika fakültəsinə qəbul olmuşdur.

    1998-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir.

    1998-1999-cu illərdə Akademik M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində internatura keçmişdir.

    1999-2001-ci illərdə N saylı hərbi hissədə tibb məntəqə rəisi işləmişdir.

    2002-2010-cu illərdə Bakı şəhəri, Xətai rayonu 15 saylı Tibbi Sanitar Hissə xəstəxanasıda terapiaya şöbəsində həkim-terapevt və poliklinika şöbəsində həkim-endokrinoloq kimi fəaliyyət göstərmişdir.

    2007-2008-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Sema Hospitalda Internal Medicine & Endocrinology Course intensiv təkmilləşmə kursu, İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsində İç hastalıkları Anabilim Dalı Endokrinoloji, Metabolizma ve Diyabet Bilim Dalı servisində intensiv təkmilləşmə kursları keçmişdir.

    2008-2009-cu illərdə pediatrik endokrinologiya ixtisası üzrə Türkiyə Cümhuriyyəti Ankara Dışkapı Yıldırım Beyazıt Uşaq Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasında təkmilləşmə kursu keçmişdir.

    Bundan başqa, 2009-2013- cü illərdə Ankara Dışkapı Yıldırım Beyazıt Təhsil və Araşdırma Xəstəxanasında tireoid ultrason, elastoqrafiya, biopsiya və ümumi endokrinoloji servis üzrə hər il ardıcıl ixtisasartırma kursları keçmişdir.Türkiyə Endokrinologiya və Metabolizma Xəstəlikləri dərnəyinin təşkil etdiyi son 10 ildə, demək olar ki, bütün endokrinoloji, diabet, tiroid ultrason kurslar, bütün konfranslar, hipofiz, böyrəküstü vəzi, lipid və s. endokrinoloji sempozyumlar, endobridge və s. beynəlxalq toplantılarda iştirak etmişdir. Bundan başqa, müxtəlif illərdə Türkiyə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, İtalya, Çexiya, Özbəkistan, Moskva, Portuqalya, Gürcüstan, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli toplantı, endokrinoloji seminar və konfranslarda ölkəmizi təmsil etmişdir. Eyni zamanda, dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Klinik Endokrinologiya ixtisası üzrə tematik təkmilləşmə kursları keçmişdir.Müxtəlif ölkədaxili və xarici (Türkiyə, Rusiya, Çin və s.) beynəlxalq əhəmiyyətli tibbi jurnallarda məqalələri çap olunmuşdur.Azerbaijan Endocrinology Club adı ilə həkim endokrinoloqların elmi-praktik səviyyəsinin artırılması üçün bir sıra tədbirlər, o cümlədən, ölkədə ilk dəfə bəzi simpoziumların (1-ci Pediatrik endokrinologiya, 1-ci Neyroendokrin Törəmələr, 1-ci Osteoporoz və metabolik sümük xəstəlikləri simpoziumu və s.) keçirilməsində əsas təşkilatçılardan biri olmuşdur.

    İş təcrübəsi:

    Nsaylı hərbi hissədə Tibb məntəqə rəisi (1999-2001)

    Xətai rayonu 15 saylı Tibbi Sanitar Hissə xəstəxanasıda terapevt – endokrinoloq (2002 – 2010)

    Atlas Tibb Mərkəzində həkim-endokrinoloq (2009-2014)

    2014-cü il, mart ayından etibarən Baku Medical Plaza klinikasında Endokrinologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

    Fəxri üzvlüklər:

    23.11.2012-ci ildən Türkiyə Endokrinologiya və Metabolizm dərnəyinin fəxri üzvü (Azərbaycan Respublikasından ilk olaraq)

    31.07.2013-cü ildən Avropa Endokrinologiya Cəmiyyətinin həqiqi üzvü

     23.10.2013-cü ildən Amerika Endokrinologiya Cəmiyyətinin üzvü

    Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə və beynəlxalq konfranslarda, seminar və simpoziumlarda iştirakçı, kütləvi-informasiya vasitələrində (qəzet, jurnal, TV, radio və s.) əhalinin tibbi maariflənməsi üçün  fəaliyyət göstərmişdir.

    14.10.2015-ci il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən Endokrinologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi verilmişdir. (№ AH 018144)

    Mükafatlar:

    2002-2010-cu illər Xətai rayonu 15 saylı Tibbi Sanitar Hissə xəstəxanası, terapiya şöbəsində işləyərkən dəfələrlə müdriyyət, Baş Səhiyyə İdarəsi tərəfindən (əmr No 52/K 17.03.2008) fəxri fərman və təşəkkürnamələr

    2011-ci ildə Saglam həyat naminə jurnalında çap olunmuş Zob xəstəliyinin müalicəsi məqaləsinə görə redaksiya elmi şurası tərəfindən “İlin həkimi” mükafatı ilə təltif olunub.

    2016-cı ildə Türkiyə Cümhuriyyəti Medpol Universitet Xəstəxanası tərəfindən və onların dəstəyi ilə həyata keçirilən  “1-ci Pediatrik endokrinologiya simpoziumu”nda təşkilatı dəstək və fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilmişdir.

    Ətraflı məlumat üçün:    http://drhidayet.az/