Mülki hüquq

    • Email : s.suleymanli@yahoo.com
    • Web : www.law.bsu.edu.az
    • Telefon :

    Sərvər Süleymanlı

    1 Mövzu 52261 izlənmə

    Sərvər Süleymanlı 1972-ci ildə  Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1992-ci ilin yayında Sovet Ordusundan təxris olunduqdan sonra Türkiyə ali məktəblərinə ilk rəsmi dövlət imtahanını müvəffəqiyyətlə verərək İstanbul Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə bakalavr təhsilini başa çatdırdıqdan sonra Türkiyənin Səlcuq universitetində Ticarət (Kommersiya) Hüququ üzrə magistr təhsilinə başlamış və 2000-ci ildə magistr təhsilini tamamlayaraq həmin universitetin doktoranturasına (aspiranturasına) qəbul olmuşdur. 2005-ci ilin may ayında Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunda “Səhmdar cəmiyyətlərində səs hüququ və istifadəsi” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək mülki hüquq üzrə doktor (Phd) elmi adını almışdır.

    ƏMƏK FƏALİYYƏTİ

    1- 2000-ci ildən indiyədək Qafqaz universitetində mülki hüquq üzrə müəllim olaraq işləyir

    2- 2004-2010 tarixlərində Qafqaz Universiteti Hüquq Fakültəsi Dekan müavinliyi vəzifəsini icra etmişdir

    3-2005-ci ildə Qafqaz Universitetində keçirilən Mülki Hüquq üzrə beynəlxalq konfransın məsul kordinatoru olmuşdur

    4- 2009-cu ildən hal-hazıra kimi Qafqaz Universiteti nəzdində “Mülki Hüquq Tədqiqat Mərkəzinin müdiri vəzifəsini icra edir.

    5- 20.02.2010 tarixində “Mənzil Qanunvericiliyinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və həlli yolları” mövzusunda keçirilən respublika səviyyəli simpoziumun təşkilatçısı olmuşdur.

    6- 13.11.2010 tarixində “Vərəsəlik hüququ ilə bağlı normaların tətbiqində qarşılaşılan problemlər və həlli yolları” mövzusunda keçirilən respublika səviyyəli simpoziumun təşkilatçısıdır.

    7- 01.09.2010 tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin mülki hüquq kafedrasında baş müəllim vəzifəsinə təyin olunmuşdur.

    8- 01.02.2011 tarixindən etibarən isə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin mülki hüquq kafedrasında tam ştat olaraq müəllim işləyir.

    10- 08.09.2011 tarixindən etibarən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifəsində işləyir.

    11- Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun

    12-ci maddəsinin təfsiri barəsində sorğusuna rəy vermişdir və qərar da bu rəy istiqamətində alınmışdır.

    12- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.06.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II, III və IV hissələrinə, 147-ci və 149-cu maddələrinin I, II və VII hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasında rəsmi eksperti olmuşdur.

    13- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.09.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II, III hissələrinə, 149- cu maddəsinin I, III hissələrinə, MM-nin 152, 1166 və 1176-cı maddələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasının rəsmi eksperti olmuşdur.

    14- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.10.2011 tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1, 107-5.1 və 108 maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948 tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 20.03.1952 tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunun yoxlanılması ilə bağlı Plenum iclasında rəsmi eksperti olmuşdur.