Maliyyə

    • Email : elsuleymanov@qu.edu.az
    • Web : qafqaz.academia.edu/Elchin
    • Telefon : 050 340 70 16

    Elçin Süleymanov

    5 Mövzu 139825 izlənmə

             Elçin Süleymanov  Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub.  Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini 1996-ci ildə başa vurmuşdur. 1996-2000-ci illərdə Bakı Özəl Türk Liseyi iqtisadiyyat filialında ixtisas fənnləri müəllimi və müdir müavini işləmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi almışdır. 2000-ci ildən Qafqaz Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsi, Maliyyə bölməsində baş müəllim olaraq işləyir. Müxtəlif illərdə Universitet Mədəniyyət şöbəsinin müdiri, İctimai İşlər İdarəsində müdir müavini, Tələbə Dərnəkləri koordinatoru olaraq fəaliyyət göstərmişdir. Hazırda Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə bölməsinin baş müəllimi, eyni zamanda 2005-ci ildən `Journal of Qafqaz University`nin nəşr redaktorudur. Qurucularından olduğu Azərbaycanın ilk virtual fikir qəzeti olan Gündəlik, Azərbaycan Dövlət İqtisad Universitetinin nəşr etdiyi İqtisad və Azərbaycan İqtisadçılar Birliyinin nəşr etdiyi İqtisadiyyat qəzetlərində dərc olunan iyirmidən çox elmi məqalənin müəllifidir. Qafqaz Universitetinin 15 illik yubuleyi münasibəti ilə gənc tədqiqatçılar və tələbələr arası `Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi, mədəni və iqtisadi istiqamətləri, bugünkü vəziyyət və perspektivlər` elmi məqalə müsabiqəsinin koordinatoru və tezislər kitabının redaktorudur. Müxtəlif elmi jurnallarda və beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap edilmişdir. Dünyanın 130 ölkəsinin müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq indexcopernicus şəbəkəsinin, Nyu York Elmlər Akademiyasinin, SSRN ve WASET uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilmişdir. Scientific Committee and Editorial Review Board on Social and Human Sciences, World Academy of Science, Engineering and Technology üzvüdür. Harvard University, Korea University, Chicago Booth, European Corporate Governance Institute and Stanford Law School tərəfindən qurulan və dünyanın ən məşhur tədqiqat mərkəzi olan SSRN reytinqinə görə 2013-cü ildən aralarında İqtisadi Elmlər üzrə Nobel Mükafatı alan iqtisad alimlərinin əksəriyyətinin yer aldığı ictimai elmlər üzrə tədqiqatçılar arasında Top 30 000 tədqiqatçı ıçində ilk iyirmilikdə qərarlaşıb. Bu mərkəzin elmi bazasında Azərbaycanla yanaşı ABŞ, Türkiyə ,Qazağistan,  Qırgızıstan ,Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və elmi jurnallarda  nəşr olunmuş otuzdan çox məqaləsi yüklənmə əmsalına görə 220 min tədqiqatçi arasında  13. yerdə  olmasına  kömək etmişdir. Humanitar elmlər üzrə ilk yüzlükdə nəinki postsovet məkanından, eyni zamanda ABŞ və Qərbi Avropa xaricindən yeganə alimdir. Bu göstəricilərə görə bir çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir. Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak etmişdir.Azərbaycan Respublikası Maliyyə Nazirliyi Tədris Mərkəzində budcə təşkilatları maliyyə xidmət əməkdaşlarına `Biznes və Vergi Huququ` təlimi vermişdir.TQDK Maliyyə magistratura  ixtisası üzrə  və Vergilər Nazirliyində “Vergilər” olimpiyadasında ekspert olaraq fəaliyyət göstərir. Elçin Süleymanov “Bagımsızlık Sonrası Azerbaycan Ekonomisinin 15 yılı”  Baku-2009 , `Azərbaycan İqtisadiyyatı` Şərq-Qərb Nəşriyyatı-2010 və `Dövlət Maliyyəsi` Qafqaz Universiteti Nəşrləri 2011 kitablarının həmmuəllifidir.