Mühasıbat uçotu və audit

    • Email : subhangasimli@gmail.com
    • Web :
    • Telefon : 0552890008

    Sübhan Qasımlı

    2 Mövzu 36284 izlənmə

    7 ildən artıq rəhbərlik və idarəetmə təcrübəsinə və güclü maliyyə biliklərinə malik peşəkar menecer kimi ixtisaslaşaraq 2012-ci ilə  qədər dörd il ərzində il ərzində sərbəst və dinamik inkişaf edən biznes strukturuna rəhbərlik etmişdir. Hal-hazırda şəxsi biznes fəaliyyəti ilə məşğuldur və maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən konsaltinq şirkətlərindən birində çalışır.

    2006-cı ildən başlayaraq idarəetmə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi, həmçinin ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminin (QMS) tətbiqi üzrə praktik təcrübəyə malikdir.

    İdarəetmə təcrübəsi ilə yanaşı maliyyə və mühasibatlıq, layihələrin idarə edilməsi, ümumi idarəetmə, keyfiyyət idarəetmə sistemləri və digər mövzularda təlimlərin yaradılması və sosial və ya biznes məqsədli 20-ə yaxın təlimin keçirilməsi üzrə geniş peşəkar təcrübəsi ilə seçilir.

    Böhran dövrlərində orta və kiçik bizneslərin idarə edilməsi, rifahın gücləndirilməsi və inkişafı, anti-böhran tədbirləri və maliyyə idarəetməsi üzrə təsdiq edilmiş təcrübəyə malikdir və 2008-ci ildən başlayaraq bu istiqamətdə elmi-praktik araşdırmalar aparmaqdadır. Bununla yanaşı hal-hazırda maliyyə strategiyası, uçot sistemlərinin qurulması və maliyyə əməliyyatlarının idarə edilməsi, nağd vəsaitlərin idarə edilməsi, planlaşdırma və büdcənin hazırlanması, investisiya və əməliyyat kapitalının idarə edilməsi, audit və təftiş kimi əsas maliyyə istiqamətləri üzrə ixtisaslaşmaqdadır.

    Bakalavr dərəcəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsində Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır. Magistr təhsilini Azərbaycanın ən öncül universitetlərindən olan Qafqaz Universitetində davam etdirmiş və beynəlxalq səviyyədə akkreditə edilmiş MBA proqramını fərqlənmə ilə bitirmişdir.

    2005-ci ildə Dövlət İdarəçilik Akademiyasında Tələbə-Gənclər Təşkilatının yaradıcılarından olmuş və təhsil aldığı müddətdə həmin təşkilata rəhbərlik etmişdir. Ümumiyyətlə, tələbəlik illərində aktiv sosial fəaliyyətlə məşğul olmuş, 70-dən çox beynəlxalq və milli tədbir və layihələrin təşkilatçısı və iştirakçısı olmuşdur.

    2012-ci ilə qədər peşəkar biznes xidmətləri və təlim üzrə ixtisaslaşmış və beynəlxalq səviyyədə akkreditə edilmiş şirkətlər qrupunda sürətlə inkişaf edən fərdi biznes istiqamətinə rəhbərlik etmişdir.

    Bununla yanaşı Qafqaz Universiteti BBA və MBA proqramı tələbələrinə Maliyyə və Mühasibat Uçotu, Məsrəflərin İdarə Edilməsi və İdarəetmə Uçotu kimi müxtəlif istiqamətlər üzrə azərbaycan və ingilis dillərində dərslər deyir.

    Peşəkar inkişafın davamlılığını təmin etmək üçün hal-hazırda dünyanın ən məşhur maliyyə və biznes kvalifikasiyaları – ACCA (Association of Chartered Certified Accountants) və CIMA (Chartered Institute of Management Accountants) kvalifikasiyaları üzrə peşəkar ixtisas təhsilini davam etdirir.