Nəşriyyat

    • Email : altun_kitab@yahoo.com
    • Web : http://altunkitab.az/
    • Telefon : (99412) 562 69 86

    Rafiq İsmayılov

    2 Mövzu 26671 izlənmə

    Rafiq İsmayılov 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.  1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində  Filologiya üzrə fəlsəfə doktorluğunu müdafiə etmişdir. 1991-ci ildən kitab-nəşriyyat biznesi ilə məşğuldur. 1999-2002-ci illərdə Azərbaycan Naşirlər birliyinin sədri olmuşdur. Bu birlik fəaliyyət göstərdiyi illərdə naşirlər üçün treninqlər, seminarlar, konfranslar, I Bakı Kitab Sərgisi (2001-ci il) təşkil etmiş, Azərbaycan kitab sektorunu beynəlxalq sərgilərdə təmsil etmişdir.

    Filologiya üzrə fəlsəfə doktorudur. 100-dən çox kitab və dərslikdə redaktor, tərcüməçi, dizayner, nəşr layihəsinin rəhbəri kimi iştirak etmişdir. «Mətbuatda reklam», «Nəşriyyat işi», «Azərbaycanda nəşriyyat işi», «PR – bütün yollar KİV-ə aparır» kitablarının, 1-7-ci siniflər üçün Azərbaycan dili dərsliklərinin müəllifidir.

    2004-cü ildən “Altun-kitab” nəşriyyatında direktor vəzifəsində işləyir.