Hüquq

    • Email : hasanovaarzu@yahoo.com
    • Web :
    • Telefon : 050 282 13 50

    Arzu Həsənova

    1 Mövzu 11908 izlənmə

    Həsənova Arzu Kamandar qızı 1987-ci ildə Kursk şəhərində anadan olmuşdur.

    Orta məktəbi əla qiymətlərlə bitirib, 2006-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur.

    2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirərək fərglənmə diplomu ilə bu pilləni də başa vurmuş.

    2010-cu ildə Universitetlərarası İnsan Hüquqları Yarışının Qalibi olmuşdur.

    2011-ci ildə Magistr pilləsində təhsil alarkən BDU və DAAD programının dəstəyilə Almaniyanın Saarland Universitetində buradakı təhsilimin davamı olaraq “Konfliktlərin həlli” üzrə intensiv kurslar keçmiş.

    2011-ci ildə Gürcüstanda Konstitusionalizm Mərkəzində GİZ-in təşkilatçılığı və rəhbərliyi ilə keçirilən “Müqayisəli Konstitusiya Hüququ” adlı beynəlxalq olimpiadanın qalibi olmuşdur.

    2011-ci ildən Azenco ASC-də hüquq məsləhətçisi vəzifəsində çalışmış.

    2013-cü ildən isə Sumqayıt Texnologiyalar Parkı MMC-də aparıcı Hüquq Məsləhətçisi vəzifəsində çalışır.

    2014-cü ildən Baki Dövlət Universitetinin Hüquq fakultəsində mülki hüquq və ailə hüququ sahəsi üzrə müəllim kimi çalışır.